Cənubi Osetiyanın özünü prezidetn elan etmiş sabiq təhsil naziri Alla Djioyevanın inaqurasiyasından əvvəl, bu gün polis tərəfindən dindirilən zaman vəziyyətinin dəyişdiyi və ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.
Gürcüstanın separatşı Cənubi Osetiya bölgəsinin rəsmilərinin bildirdiyinə görə, sabiq təhsil naziri keçən il dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinir. Polisin xanım Djioyevanı sorğu-sual etmək üçün dünən gecə onun paytaxt Tsxinvalı şəhərindəki qərargahına getdiyi deyilir.
Alla Djioyeva keçən ilin noyabr ayında Cənubi Osetiyada keçirilən prezident seçkilərində qələbə əldə etsə də, regionun Ali Məhkəməsi seçkilər zamanı saztakarlıqlara yol verildiyini deyərək, nəticələrin qeyri-qanuni olduğunu barədə qərar qəbul etmişdi. Lakin xanım Djioyeva məhkəmənin qərarına məhəl qoymayaraq, inaqurasiyasının fevral ayınəın 10-a təyin etmişdi.