ABŞ prezidenti Barak Obama ölkənin mühacirət qanununun bərpası haqda planını müdafiəsi məqsədi ilə bu gün ABŞ-Meksika sərhədinə gedir. Cənab Obamanın ABŞ konqresinin qanunvericiliyi təsdiq etməsinə təzyiq göstərmək məqsədi ilə Texas Ştatının El Paso şəhərində çıxış edəcəyi gözlənilir. Təsdiq edilsə, bu qanunvericilik 11 milyon sənədsiz mühacirin vətəndaşlıq almasına yol açacaq. Prezident eyni zamanda ABŞ-ın cənub-qərb sərhədlərinin mühafizəsi üçün administrasiyasının səyləri barədə danışacaq. Prezidentin planına əsasən sənədsiz mühacirlər qanuni şəkildə vergi ödəyəcək ki, bu da öz növbəsində ABŞ iqtisadiyyatına müsbət təsir göstərəcək.
Təsdiq edilsə, 11 milyon sənədsiz mühacirə vətəndaşlıq almaq üçün yol açacaq