ABŞ Dövlət katibi Hillari Klinton ATƏT-i Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini gücləndirməyə çağırıb. Xanım Klinton bu açıqlamanı ATƏT-in bu gün Qazaxıstan paytaxtı Astanada keçirilən zirvə görüşü zamanı verib. ABŞ Dövlət katibi həmçinin Gürcüstanda və Moldovada münaqişələrin yenidən qızışmasına imkan verməməyin vacibliyini vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində beynəlxalq vasitəçilik səyləri indiyə qədər nəticə verməyib.