Accessibility links

ABŞ İran rəsmilərinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq edib


ABŞ İran rəsmilərinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq edib
ABŞ İran rəsmilərinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq edib

ABŞ prezidenti Barak Obama 2009-cu ildə İranda prezident seçkilərindən sonra insan hüquqlarının pozulmasında ittiham edilmiş səkkiz rəsmiyə qarşı sanksiyaların tətbiq edilməsi haqda fərman imzalayıb. Bunun birbaşa adları göstərilən şəxslərə böyük təsiri olmasa da,onların ABŞ-a səfər etməsi və ya ölkədə maliyyə əməliyyatları həyata keçirməsi qadağan edilir, habelə Birləşmiş Ştatlarda malik ola biləcək əmlakları dondurulur.

Briləşmiş Ştatların keçən il İranda seçkiyə etiraz olaraq keçirilən nümayişlərin dağılmasını qınaması indi İran hökumətinin adi tənqidindən daha ciddi şəkil alıb. İlk dəfə olaraq, Obama administasiyası ayrı-ayrı İran rəsmilərini insan hüquqlarının pozulmasında ittiham edir.

Dövlət katibi Hillari Klinton müxbirlərə deyib ki, İnqilabi Qvardiyanın komandiri Məhəmməd Əli Cəfəri də daxil olmaqla, səkkiz rəsmi nümayəndə insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyır. Buraya məhkəməsiz həbslər, insanların döyülməsi, işgəncə və qətllər daxildir.

Keçən həftə BMT-nin Baş Assambleyasının sessyasında çıxış edən prezident Mahmud Əhmədinejad deyib ki, iranlıların ifadə azqadlığı hüquqları təmin olunur və ölkədə siyasi məhbus yoxdur. Klinton bəyan edib ki, bu, İranda baş verənlərlə təzad təşkil edir.

“ABŞ prezidenti Barak Obama keçən həftə BMT-də deyib ki, biz ideyaları boğanların adlarını göstərəcəyik. Biz səsi olmayanların səsi olacayıq, insanlarla pis rəftar edən hökumətləri məsul tutacayıq və ayrı-ayrı şəxsləri hərəkətlərinə görə cavab verməyə çağıracayıq.”

Maliyyə naziri Timoti Geytner deyib ki, Avropa ölkələri və digər ölkələr bu siyahını dəstəkləyəcək.

“Biz müəyyən etmişik ki, ayrı-ayrı şəxslərin adlarını qeyd edəndə və onların hərəkətlərini göstərəndə dünya ölkələrində banklar, biznes müəssisələri vı hökumətlər bu şəxslər, idarələr və müəssisələrlə iqtisadi və maliyyə əlaqələrini kəsir. Bu strategiya çox təsirli ola bilər.”

Klinton İran məsələsini Avropa Birliyinin baş diplomatı Ketrin Aştonla müzakirə edib. Onlar İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıdacağına ümid etdiklərini, lakin Avropa Birliyinin İranın dialoqu bərpa etməyə marağını idafə etməsinin ardınca hələ cavabını vermədiyini bildiriblər.

XS
SM
MD
LG