Dünyanın ən varlı şəxslərinin yeni siyahısı göstərir ki, keçən illə müqayisədə Çinin milyarderlərinin sayı təxminən iki dəfə artaraq 115-ə çatıb.
Forbes jurnalının açıqladığı siyahıya görə, Çinin məşhur Baidu İnternet axtarış çarxının yaradıcısı Robin Li 9 milyardla ölkənin ən zəngin şəxsidir. Ümumilikdə isə Li ən zənginlər arasında 95-ci yerdədir. Lianq Vengen çinli 2-ci ən zəngin şəxsdir.
Forbes dünyanın 1210 milyarderinin adını açıqlayıb. Bu siyahıyada 199 yeni ad var. Yeni milyarderlərinin yarısından çoxu Braziliya, Rusiya, Hindistan və Çindəndir. Rusiyanın siyahıda 101 milyarderi var. Onların 79-un Moskvada olması bu şəhəri dünyanın ən çox milyarder yaşayan şəhəri edib.