Accessibility links

Çində 19 uyğur həbs edilib


Çinin şimal-qərbindəki Sincan vilayətində məhkəmə dini ekstremizmin təbliği və digər oxşar maddələrlə ittiham olunan 19 uyğur barəsində hökm çıxarıb.

Rəsmi Legal Daily qəzetinin verdiyi məlumata görə ən ağır cəza internetdə cihad və etnik nifrəti təbliğ edən materiallar yerləşdirməkdə şübhəli bilinən şəxsə verilib. Onu 6 il həbs cəzası gözləyir.

İctimai asayişi pozmaq və internetdə şayiələr yaymaq da daxil olmaqla digər ittihamlarla üzləşənlər isə 2 ildən 5 ilədək həbs cəzası alıb.

Şübhəlilərin milliyəti dəqiq göstərilməsə də, onların adlarından türkdilli və müsəlman uyğur icmasından olduqları bəlli olur.

Hökuməti Çindən ayrılaraq Şərqi Türkistan adlı yeni dövlət yaratmaq istəyən uyğurlar tərəfindən artan təhlükə ilə qarşılaşdıqlarını bildirirlər.

Bir çox hüquq müdafiə təşkilatları Pekinin müsəlman icmalarında güclü polis nəzarətinə haqq qazandırmaq üçün hədələri şişirdilmiş şəkildə təqdim etdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG