Accessibility links

Hüquq müdafiəçisinə qarşı cinayət işi qaldırılıb


"Hüquq müdafiəçisi Taleh Xasməmmədov aprelin 21- axşam saatlarında sərbəst buraxılıb". Bu haqda T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova bildirib.

T.Xasməmmədova qarşı Göyçay rayon polis şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorulması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsilə cinayət işi qaldırılıb. Məhkəmə onu polis nəzarətinə verməklə sərbəst buraxıb.

Xatıradaq ki, T.Xasməmmədov aprelin 19-da idarə etdiyi avtomobilin cərimə borcu olması adı iə saxlanılaraq Rayon Polis Şöbəsinə aparılıb. Şöbədə olarkən Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Xasməmmədovun saxlanması barədə mediaya açıqlama yayaraq bunun polis şöbəsində polis əməkdaşlarına müqavimət göstərməsi, hətta polislərdən birinə xəsarət yetirməsi ilə bağıı olduğunu bildirib.

T.Xasməmmədov polisə müqavimət göstərməsilə bağlı deyilənləri əsassız adlandırıb.

Xatırladaq ki, T.Xasməmmədov iki dəfə - 2011-ci ildə və 2015-ci ildə xuliqanlıq cinayətilə həbsə alınıb. Amma birinci dəfə 2012-ci ildə , ikinci dəfə isə 2016-cı ildə əfv fərmanı ilə azadlığa çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG