Accessibility links

Çin ordusu ABŞ və Rusiyanı geridə qoymaq niyyətindədir


ABŞ-ın yüksək səviyyəli generalı xəbərdarlıq edərək, Vaşinqtonu və onun müttəfiqlərini Pekinin dominantlıq cəhdinə qarşı səyləri sürətləndirməyə çağırıb. Çinin dünyanın nüfuzlu ordusunun ABŞ-ı əvəz etmək planının reallaşması yalnız zaman məsələsidir.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini və Vaşinqtonun ikinci ən yüksək rütbəli hərbi zabiti, general Con Hayten Çin ordusunun sürətli yüksəlişini “heyrətləndiriciı” adlandırıb.

Con Hayten
Con Hayten

Amerikanın Səsinin sualını cavablandırarkən "əgər biz bunu dəyişdirmək üçün bir şey etməsək onların hərəkət tempi və getdikləri trayektoriya Rusiya və ABŞ-ı geridə qoyacaq. Biz bir şey etməliyik" - deyə, o bildirib.

Gələn ay təqaüdə çıxmağa hazırlaşan Haytenin xəbərdarlığı ABŞ-ın yüksək səviyyəli hərbi zabitinin Çinin iyul ayında hipersəsli silah sistemini sınaqdan keçirdiyini və səs sürətindən beş dəfə sürətlə bütün dünyaya planer göndərdiyini açıq şəkildə təsdiqlədikdən bir gün sonraya təsadüf edir.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli çərşənbə günü Bloomberg televiziyasına deyib ki, Çinin sınağı "çox narahatedicidir".

“Bilmirəm, bu, kifayət qədər Sputnik kimidir, amma məncə, buna çox yaxındır” - deyə, Milli Rusiyanın 1950-ci illərdə dünyanın ilk süni peykinin buraxılışına istinad edərək əlavə edib.

Mark Milli
Mark Milli

Bu şücaət növbəti bir neçə onillikdə kosmik yarışına çevrilə bilər.

Milli kimi Hiten də məlumatın məxfiliyini söyləyərək, Çin hipersəsli raket sınağının təfərrüatlarını bölüşməkdən imtina edib. Lakin o, belə bir sınaq keçirməklə Çinin mesaj göndərdiyini etiraf edib.

"Onların hazırladıqları bütün hipersəsli silahlar, hazırladıqları bütün nüvə silahları öz əhalisi üçün nəzərdə tutulmayıb. Onlar ABŞ üçün nəzərdə tutulub" - deyə, Hayten Çin əlavə edib.

Hayten, həmçinin ABŞ Strateji Komandanlığının komandiri kimi ilk dəfə səsləndirdiyi narahatlığını təkrarlayaraq, ABŞ-ın Çin və Rusiyadan gələn hipersəsli silahlarından müdafiə qabiliyyətinin işə ehtiyacı olduğunu bildirib.

"Hipersəsli silahlardan qorunmaq üçün ən vacib şey silah deyil. Bu, öz hipersəsinizi qurmaq deyil. Bu, hipersəsləriə qarşı sensor yaratmaqdır. Hazırda sensorlarımız yoxdur" , Hayten qeyd edib.

O, görmə qabiliyyətini artırmağın bir yolunun ABŞ-ın yüksək sürətli silahları izləmək üçün yer və kosmos sistemlərinin inteqrasiya olunmuş şəbəkəsini yaratmaq üçün müttəfiqləri ilə işləməli olacağını deyib.

Lakin belə bir sistemin qurulması vaxt aparacaq və Hayten onun inkişafının Pentaqonun artan bürokratiyası ilə gecikə biləcəyi barədə də xəbərdarlıq edib.

Çinin sürətlə irəliləyən hərbi qüdrəti ilə bağlı narahatlıqlara baxmayaraq, Hayten bildirib ki, hazırda Rusiya ABŞ-ın mövcudluğuna ən böyük təhlükə olaraq qalır.

General Amerikanın Səsinin sualına cavab olaraq deyib ki, Rusiya hələ də ən gözlənilməz təhlükədir, sadəcə ona görə ki, onlarda ya az, ya çox, 1500 yerləşdirilmiş nüvə silahı var, Çin isə bunun təxminən 20%-nə malikdir.

“Deməli, siz yaxın gələcəkdə Rusiya ilə bağlı narahat olmalısınız. Onlar artıq nüvə silahı olan operativ hipersəs qabiliyyətinə malikdir. Rusiya hipersəsli silahların təcrübəsini davam etdirsə də, Çinin sürətinə yaxın yerdə belə deyil" - deyə, general bildirib.

XS
SM
MD
LG