Çin rəsmiləri Şimali Koreya lideri Kim Cong İlin Çinə səfər edib-etmədiyini təsdiq etməkdən imtina edib, lakin xarici mətbuat cənab Kimin şimali Çində çəkilmiş fotolarını nəşr edib.
Çərşənbə axşamı xəbər brifinqində Çin Xarici İşlər nazirinin sözçüsü Yanq Yu xarici jurnalistlərin məsələdə maraqları olduğunu başa düşdüyünü, lakin bu barədə heç bir məlumata malik olmadığını bildirib. O, cənab Kim və onun zirehli qatarının bazar ertəsi Çinə daxil olması haqda məlumatı nə təsdiq, nə də inkar edib. Xəbərdə cənab Kimin Çinin şimalında çəkilmiş fotoları və qatar boyu düzülən təhlükəsizlik quvvələri haqda məlumat verilir. Cənubi Koreya və Yaponiya xəbərlərində cənab Kimin Çin prezidenti Hu Cintao ilə Pekində görüşəcəyi deyilir.