Accessibility links

Çində ömürlük prezidentliyə zəmin yaradılır [Video]


Çində ömürlük prezidentliyə zəmin yaradılır
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Bazar ertəsi Çində ən ali qanunvericilik orqanının illik iclaslarına start verilib. Bu il Milli Xalq Konqresinin iclasında nümayəndələrin Şi Tsinpinin Çinin ömürlük prezidenti olmasına imkan yaradacaq təklif irəli sürəcəkləri gözlənilir.

2 mindən çox nümayəndə parlamentin açılış sessiyasında iştirak etmək üçün Böyük Xalq Zalına toplaşıb.

Çin azad iqtisadiyyatın qloballaşmasını təbliğ etməyə və azad ticarəti qorumağa davam edəcək. Biz çoxtərəfli ticarət razılıqları ilə bağlı irəliləyişlər əldə etmək üçün müvafiq tərəflərlə işləyəcəyik.
Li Ketsyan

Baş nazir Li Ketsyan hökümətin gördüyü işlərlə bağlı hesabatında yerli hökümətin artan borcunun yaratdığı maliyyə risklərini məhdudlaşdırmağı və Çinin iqtisadi inkişafını sabit tutmağı vəd edib.

Li həmçinin Çin bazarını xarici investisiyaya açmağa söz verib. Vaşinqton polad və alüminiuma sərt tariflər tətbiq etməyə hazırlaşdığı bir vaxt Çin də polad istehsalını 170 milyon ton azaldacağını bildirib.

“Çin azad iqtisadiyyatın qloballaşmasını təbliğ etməyə və azad ticarəti qorumağa davam edəcək. Biz çoxtərəfli ticarət razılıqları ilə bağlı irəliləyişlər əldə etmək üçün müvafiq tərəflərlə işləyəcəyik,” Li söyləyib.

Li deyir ki, bu il Çin müdafiə xərclərini 8,1 faiz artıracaq və Çinin kommunist höküməti iqtisadiyyatın 6,5 faiz artacağını gözləyir.

Li hesabatında təklif olunan konstitusiya dəyişikliklərindən bəhs etməyib. Lakin açılış sessiyasındakı bir digər çıxışda ilk dəfə olaraq bildirilib ki, Şinin hakimiyyət dövrünün artırılmasına dair maddə daxil olmaqla 21 düzəlişlə bağlı danışıqlar ötən ilin sentyabr ayında başlayıb.

Partiya bildirir ki, prezidentin iki müddətlik prezidentlik dövrü ilə bağlı maddəni ləğv etmək təklifi ölkə boyu vətəndaşlar və partiya kadrları tərəfindən edilən çağırışlara cavabdır. Amerikanın Səsinin danışdığı bəzi nümayəndlər bu təklifdən xəbərdar olmasa da, onlar bu addıma dəstəklərini ifadə edib və partiyanın Şinin ömürlük prezident olması ilə bağlı narahatlıqları ünvanlayacağına etimadını dilə gətirib.

Şi Tsinpin
Şi Tsinpin

“Bu məsələ sonunda həll olunacaq, amma indi hökümət sabitlik və davamlılığa ehtiyac duyur. Çin ən çox kəskin siyasi dəyişiklikdən qorxur,” deyə NPC nümayəndəsi bildirib.

“Fikrimcə Çinin kommunist partiyası əvvəlki kimi şəxsiyyətə pərəstiş yaratmayacaq, çünki partiyanın konstitusiyasında bu məsələ ilə bağlı aydın qaydalar var,” bir başqa NPC nümayəndəsi söyləyib.

“Mən partiyanın bunu nəzərə aldığına və bununla bağlı planlar qurduğuna əminəm,” NPC nümayəndəsi deyib.

Konqresdə iştirak edən nümayəndələr təklif olunan dəyişiklikləri çərşənbə müzakirə edəcək, ən son səsvermə isə bazar günü keçiriləcək.

XS
SM
MD
LG