Çin məhkəməsi dissident Çen Şini təxribata təhrik etməkdə ittiham edərək, onu 10 il müddətinə azadlıqdan məhrum edib. Bu gün Quiyanda qısa sürən məhkəmə prosesindən sonra Çen günahsız olduğunu bildirsə də, apellyasiyaya müraciət etməyəcəyini deyib. Çen 1989-cu il demokratik Tiananmen hərəkatının veteranıdır. Fəallar ittihamı 57 yaşlı dissidentin Çində siyasi islahatlar və insan hüquqlarının yaxşılaşdırılması barədə yazıları ilə əlaqələndirir.