Accessibility links

Çin hökuməti İran Körfəzindəki vəziyyətə dair narahatlığını ifadə edib


Çin hökuməti İran Körfəzindəki vəziyyətə dair narahatlığını ifadə edib
Çin hökuməti İran Körfəzindəki vəziyyətə dair narahatlığını ifadə edib

Çin hökuməti İran Körfəzindəki gərginlikdən narahatlığını ifadə edib. Hökumət rəsmiləri deyirlər ki, yaranmış vəziyyət İranın nüvə məsələsinin həllində problem yarada bilər.

Pekində keçirilən mətbuat konfransında çıxışı zamanı Xarici İşlər Nazirliyinin sözcüsü Liu Veymin bildirib ki, Tehranın ixtilaflı nüvə proqramına dair mübahisə dialoq və danışıqlar yolu ilə həll edilməlidir.

O, deyib ki, sanksiyalar tətbiq etmək, təyziq göstərmək və qarşı tərəfi hədələmək nəinki, problemi həll etməyə kömək etməyəcək, vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq.

Çinin baş naziri Ven Çiabao dünən axşam Qatarın Doha şəhərində müxbirlərə bildirib ki, İranın İran Körfəzindən qlobal neft daşınmasının qarşısını alması qlobal ictimayyətin marağlarına uyğun gəlmir. Baş nazir İranın Hörmüz Boğazını bağlamasına zidd olduğunu bəyan edib.

XS
SM
MD
LG