Accessibility links

Çin dövlət telekanalı beynəlxalq təsirini artırmağa çalışır (VİDEO)


Çin dövlət telekanalı beynəlxalq təsirini artırmağa çalışır (VİDEO)
Çin dövlət telekanalı beynəlxalq təsirini artırmağa çalışır (VİDEO)

Çinin dövlət televiziyası CCTV bu yaxınlarda Vaşinqtonda yeni studiosunu açıb və ingilis dilində yayıma başlayıb. CCTV ümid edir ki, bu, şitkətin sözünü beynəlxalq aləmə çatdırması imkanlarını artıracaq. Amerikanın səsinin əməkdaşı Villiam İde yeni studioya baş çəkib.

Son 5 ayda CCTV Amerika 65 nəfəri işə götürüb və ABŞ paytaxtından bir saatlıq proqram yayımlamağa başlayıb.

Şirkət bu il daha çox adamı işə götürməyi və tədricən yayım saatlarını artırmağı planlaşdırır.

CCTV Əl-Cəzirə, Fox News, BBC və başqa tanınmış media qurumlarından təcrübəli jurnalistləri şirkətə cəlb etməyi bacarıb. Orada əmək haqqı yüksəkdir və mənbələrin Amerikanın səsinə verdiyi məlumata görə, burada yeni işə götürülənlərə digər yerlərdən 20 faiz çox maaş təklif olunur.

Filip Yin deyir ki, onu bu şirkətə gətirən maliyyə marağı olmayıb, o, sadəcə tarixin bir hissəsi olmaq istəyib: “Bu, xüsusi bir layihədir. Bu əməliyyat qarşıdakı onilliklərdə ABŞ-la Çin arasında əlaqələri aydınlaşdıracaq”.

CCTV Amerika Çin vitse-prezidenti Çi Cinpinqin Vaşinqtona başlıca səfərindən bir həftə öncə fəaliyyətə başlayıb. Ehtimal olunur ki, Çi Çinin növbəti lideri olacaq.

Analitiklər fikrincə Çinin qlobal mediada mövcudiyyətini genişləndirmək səyləri yalnız dünyada baş verən başlıca məsələləri işıqlandırmaq istəyini deyil, həm də Pekinin yumşaq siyasətini artdığını göstərir.

Genişlənmə artdıqca ortaya belə bir sual çıxır: "Dövlət telekanalı xaricdəki fəaliyyətini necə idarə edəcək?".

Çində dövlət mediası partiyanın maraqlarını prioritet edir. Ancaq çinli jurnalistlər, həmçinin xalqın səsinin eşidilməsi məsuliyyətini də hiss edirlər. Qəribədir ki, maraqlar burada toqquşur.

CCTV Amerikada işə götürülənlər deyir ki, onlar həssas mövzulardan çəkinməyəcək və onların fəaliyyəti ABŞ-da tənzimlənəcək.

A control room at CCTV America in Washington D.C.
A control room at CCTV America in Washington D.C.
“Hazırda Amerika” proqramının baş prodüseri Barbara Düri deyir ki, reportaj hazırlamaq üçün idarənin qapısı açıqdır: “Onlar bizi “dediklərimiz eləyəcəksiniz” deyib götürməyiblər. Bizi işə götürəndə təcrübəmizə və işimizə ehtiyac duyduqlarını bildiriblər. Dedilər ki,“biz öz səviyyəmizi, öz profilimizi yüksəltməyə çalışırıq. Biz sizin cığırla getmək istəyirik.” Bu yanaşma dəyişsə, bizim mövqeyimiz də fərqli olacaq”.

CCTV-nin icraçı müşaviri veteran xarici jurnalist Cim Lori deyir ki, dövlət telekanalını Çin hökumətinin ruporu kimi təsvir etmək CCTV barədə yanlış fikir aşılayır: “Bu kanalı təxminən Əl-Cəzirəyə bənzədərdim. Onlar Qətərin ruporudur? Və ya CNN. BBC Böyük Britaniya hökumətinin ruporudurmu? Bu suallara cavabı sizin üzərinizə buraxıram”.

Lori əlavə edir ki, Çinin keyfiyyətli, obyektiv və baxımlı telekanal ərsəyə gətirə bilməməsi üçün heç bir səbəb yoxdur.

XS
SM
MD
LG