Televiziyada Cimmi Kimmelin yeni doğulan oğlunun yaşadığı çətinliklər ürək ağrıdandır.
Gecə şou proqramının aparıcısı o və həyat yoldaşının keçirdikləri çətin anlar haqda danışarkən göz yaşlarını saxlaya bilməyib. O oğulları Uilyam Billi Kimmelin ürək xəstəliyi ilə doğulduğunu və açıq ürək cərrahiyə əməliyyatından keçdiyini bildirib.
Körpə uşaq xəstəxanasına çatdırılıb və orada onun ürəyində əməliyyat keçirilib. Xoşbəxtlikdən, əməliyyat uğurla başa çatıb.
Kimmel bu anın həyatının ən uzun üç saatı olduğunu deyib.
Cimmi xəstəxana işçilərinin adlarını şou proqramında çəkib, və onlara şəxsi minnətdarlığını bildirib və tamaşaçılarını bu həkimlərin səylərini dəstəkləməyə çağırıb.
Sözsüz belə bir hadisə hər bir valideyin üçün dözülməz bir imtahandır. Amma bunun uğurlu nəticələnməsi xəbərini çatdırmaq sevindirici haldır.
Təsiredici anda belə Cimmi zarafatından qalmayıb… və “yazıq uşaq – o, nəinki xəstə urəklə doğulub, üstəlik sifətdən də mənə oxşayır” deyə Kimmel auditoriyasını güldürüb.