Accessibility links

Nyu-Yorkun məşhur uşaq xoru [Video]


Nyu-Yorkun uşaq xoru
please wait
Embed

No media source currently available

0:00 0:03:45 0:00

Anim mərasinimdə “Gənclər Xoru”nu dinləmək üçün Dünya Ticarət Mərkəzinin Muzeyinə toplaşanlar arasında 11 sentyabr qurbanlarının ailə üzvləri və hadisə şahidləri ilə yanaşı prezident Obama və onun xanımı da var idi.

Bu, 7 yaşla 18 yaş arasında altı xor qrupu müxtəlif mükafatlara layiq görülüb. “Prelüd” xor qrupunda 7-10 yaşlarında oğlan və qızlar oxuyur. Uşaqlar buraya qrupun təşkilatçısı, dirijor Fransisko Nunez tərəfindən seçilir. Nəticədə möhtəşəm səda yaranır.

Burada məqsəd dünyada məşhur və tanınmış müğənni olmaq deyil, Nunez deyir ki, burada məqsəd musiqi vasitəsilə uşaqların gözünü dünyaya açmaqdır. “Musiqi doğrundan da uşaqların həyatında mühüm yer tutur, onların dünyagörüşünü dəyişir. Onların böyüməsinə, ətraf mühitə münasibətinə, digər mədəniyyətləri öyrənməsinə yardım edir. Mənim məqsədim müxtəlif məhəllələrdən uşaqları mahnılar vasitəsilə bir araya gətirməkdir.”

Onların repertuarına Renessans dövründən tutmuş klassik, dini, folklore, pop və dünya musiqisi daxildir. Burada musiqinın gücü hər bir uşağın potensialını üzə çıxarır. Nəticədə isə “Gənclər Xoru”ndadakı uşaqların yüz faizi orta məktəbi bitirərək, ali təhsil ocaqlarına daxil olur.

“Bu, mənim şəxsi həyatımı dəyişib. Mən ətrafa başqa gözlə baxmağa başlamışam və seçim edə bilirəm. Mən əvvəlllər bunu edə bilməzdim. İndi mən kollecə getmək istəyirəm. Mən gələcəkdə nə etmək istədiyimi bilirəm.” deyə, xorun üzvü Bleyz bildirir.

Bu xor qrupları konsertlər vermək üçün Yaponiya, Çin, İsveçrə, dünyanın müxtəlif ölkələrinə, eləcə də Amerikanın böyük şəhərlərinə çox sayda dəvətlər alır. Bu sıraya Ağ Evdə Milli İncəsənət və Humanitar Gənclər mükafatı mərasimi daxildir. “Bu, gözəl istedaddır və mən bilirəm ki, sizin hər biriniz gözəl işlər görəcəksiniz,” deyə, birinci xanım Mişel Obama bildirir.

Bu yeniyetmələr nə isə qeyri-adı bir iş gördüklərini və artıq həyatlarının dəyişəcəyini bilirlər. “Oxuyarkən həyəcan, xoşbəxtlik hissi keçirirsən,” deyə xorun üzvü Nikol bildirir. Xorun digər üzvü Nataniel isə burada müxtəlif təbəqələrdən olan insanlarla yaxınlaşdığını, yay tətillərində dünya turuna çıxdıqlarını və dünyanın müxtəlif şəhərlərini gördüyünü deyir.

Bəstəkarlardan biri bu gənclərə böyük imkanlar verildiyini və onların yüksək nailiyyətlər əldə edə biləcəklərini deyir.

XS
SM
MD
LG