Moskvada yaşayan tanınmış yazıçı Çingiz Hüseynov keçən həftə Biryulyovo rayonunda baş vermiş qətl hadisəsində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun işinə münasibət bildirərək, məsələyə milli rəng verilməsini tamamilə yanlış addım kimi qiymətləndirir. O, çoxmillətli və müxtəlif konfessiyaların nümayəndələrinin yaşadığı Rusiyada milli məsələyə xüsusi diqqət ayrılmalı olduğunu deyərək, hökumət səviyyəsində milli siyasət strategiyasının işlənməməsini təəssüf hissi ilə qarşılayır.
Azərbaycanlıların Rusiyada Milli-Mədəni Federal Şurasının üzvü, tanınmış ədəbiyyatşünas, professor Çingiz Hüseynov Amerikanın Səsinə müsahibədə azərbaycanlıların vəziyyəti, Rusiyada milli məsələyə münasibət haqda fikirlərini bölüşüb.
Çingiz Hüseynovun sözlərinə görə, Rusiyada milli məsələnin həll olmamış qalmasının əsas səbəbi Sovet İttifaqının dağılmasından sonra yaranmış iqtisadi vəziyyətlə əlaqədardır. O, hazırda ölkədə millətçi qüvvələrin güclü olduğunu, hökumətin isə bu millətçilik və ayrl-seçkilik kimi problemlərin həlli ilə məşğul olmadığını deyir.
Çingiz Hüseynov deyir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamları arasında müvəffəq biznes qurmaq imkanı olan insanlar var və onlar Rusiya cəmiyyətinə öz töhfələrini verir. Çingiz Hüseynov Rusiyaya yaşamağa və işləməyə gələn azərbaycanlıların cəmiyyətə inteqrasiyasının əhəmiyyətini vurğulamaqla yanaşı, eyni zamanda, yerli hökumət orqanlarının ölkə iqtisadiyyatına töhfə verən bu insanların ayri-seçkiliyə məruz qalmadan işləyə bilməsi üçün şərait yaratmalı olduğunu qeyd edir.

Rusiya çoxmillətli ölkədir, çox konfessional ölkədir, ona görə də milli məsələ üzərində daim işləmək lazımdır.