Çingiz Sultansoy Bakının avtomobil nəqliyyatındakı problemlərin həll edilmədiyini və həll edilənə oxşamadığını deyir.
Tıxaclardan bəhs edən Çingiz bəy bildirir ki, Bakıda son illər 20-ə qədər körpü tikilib və onlara xərclənən vəsaitə baxanda problem həll olunmuş görünməli idi.
“Təəssüflər olsun ki, problem yoğunlaşmaqda davam edir və mən problemi qeyri-rasional və korrupsioner idarəçilikdə görürəm”.
Müstəqil jurnalist piyada keçidlərinin vəziyyəti və parking problemlərindən danışarkən Bakını cəngəlliklə müqayisə edib. O, xalqın qanun və qaydaya riayət etmədiyini və qanunlara hörmətsizliyin hökumətdən gəldiyini bildirir.
“Qanun hakimiyyətə uyğun gəlməyənlərə qarşı cəza alətidir. Qanunlar insanların həyatını tənzimləyən bir vasitə deyil”.