Accessibility links

Vitse-prezident Bayden Çinin ABŞ-ın borcu ilə bağlı narahatlıqlarını sakitləşdirməyə çalışır


Vitse-prezident Bayden Çinin ABŞ-ın borcu ilə bağlı narahatlıqlarını sakitləşdirməyə çalışır
Vitse-prezident Bayden Çinin ABŞ-ın borcu ilə bağlı narahatlıqlarını sakitləşdirməyə çalışır

ABŞ-ın vitse-prezidenti Co Bayden Çini Birləşmiş Ştatlarda olan böyük maliyyə aktivlərinin təhlükəsiz olduğuna və Amerikanın defolta uğramayacağına əmin etməyə çalışıb. Bu gün Şenqduda universitet tələbələri qarşısında çıxış edən Bayden deyib ki, o, ABŞ iqtisadiyyatının güclü olduğuna əmindir.

Rəsmi Sinxua agentliyi buna cavab olaraq vitse-prezident Baydenin şərhlərinin Çində və dünyanın digər başlıca bazarlarında narahatlıqları sakitləşdirmək üçün kifayət olmadığını bildirir.Sinxuanın müxbiri ABŞ-dan konkret addımların atılmasını istəyərək, yazıb ki, Vaşinqton etibarın ritorika ilə bərpa olmadığını anlamalıdır.

ABŞ-ın vitse-prezidenti Çinin durmadan artmaqda olan iqtisadiyyatı haqda yüksək fikir söyləyərək, Birləşmiş Ştatlar və Çinin bir sıra qlobal təhlükələrlə üzləşdiyini və birgə strateji məqsədlər və vəzifələri bölüşdüyünü bildirib.

XS
SM
MD
LG