Accessibility links

Çində pandemiya əleyhinə məhdudiyyətlər yüngülləşdirildiyi bir vaxt COVID-19-dan daha iki nəfər ölüb


Getdikcə artan ictimai narazılıqlardan sonra bəzi şəhərlərdə pandemiya əleyhinə məhdudiyyətlər yüngülləşdirildiyi bir vaxt bazar günü Çin COVID-19-dan daha iki nəfərin öldüyü barədə məlumat verib.

Milli Səhiyyə Komissiyası Şandun və Sincan vilayətlərinin hər birində bir ölüm halının qeydə alındığını bildirib. Ölənlərin yaşları və peyvəndlərin tam olub-olmaması barədə məlumat verilməyib.

Virus ilk dəfə 2019-cu ilin sonlarında mərkəzi Uhan şəhərində aşkar edildiyi Çin yoluxmaların qarşısını karantinlər, kilidlər və kütləvi testlər vasitəsilə almağa çalışan böyük bir ölkədir. Peyvənd nisbətlərinin hakim Kommunist Partiyasının sərt-xətt strategiyasına sadiq qalmaq əzmində əsas rol oynadığına inanılır.

Milli Səhiyyə Komissiyasının məlumatına görə, hər 10 çinlidən 9-u peyvənd olunsa da, 80 yaşdan yuxarı insanların yalnız 66%-nə peyvənd bir dəfə vurulub, 40%-i isə gücləndirici doza alıb. Bildirildiyinə görə, 60 yaşdan yuxarı insanların 86%-nə peyvənd vurulub.

Bəziləri bu rəqəmlər və nisbətən az sayda çinlinin virusa məruz qalaraq, orqanizmində anti-cisim yarandığı nəzərə alınaraq, məhdudiyyətlər tamamilə qaldırılarsa milyonlarla insanın öləcəyindən qorxur.

Bununla belə, hər bir yoluxmuş insanı təcrid etməyi hədəfləyən "Sıfır-COVID" strategiyasının hələ də qüvvədə qaldığı deyilsə də, ictimai qəzəbin alovlanması ağır məhdudiyyətlərin aradan qaldırılmasına səbəb olub.

Son onilliklərin ən böyük və ən geniş yayılmış nümayişləri noyabrın 25-də ölkənin şimal-qərbindəki Urumçi şəhərində yaşayış binasında baş verən yanğın zamanı azı 10 nəfərin ölümündən sonra başlayıb.

Həmin insident internetdə yanğınsöndürənlər və ya qaçmağa çalışan qurbanlara kilidli qapılar və ya başqa anti-virus tədbirlərinin əngəl törədib-törətmədiyi ilə bağlı qəzəbli sualların yaranmasına gətirib çıxarıb. Rəsmiləri bunu inkar etsə də, insident zamanı baş verən ölüm halları ictimai qəzəbəb səbəb olub.

Şanxay və Pekin daxil olmaqla, ölkə boyu şəhərlərdə bir neçə gün etirazlar davam edib. Etirazçılar COVID-19 məhdudiyyətlərinin yumşaldılmasını tələb edib. Bəziləri Çin Prezidenti Si Çinpinin istefasına çağırıb.

XS
SM
MD
LG