Keçən illə müqayisədə Çində avtomobil satışlarının 13 faiz artaraq, 20 milyona çatacağı gözlənilir. Avtomobillər 10 minlərlə alıcının olduğu dünyanın ən böyük, Şanxay avtomobil şousuna gətirilir. Ford Motors şirkətindən Deyv Skoç: “Burada müxtəlif zövqlü, müxtəlif maddi imkanlı 30 milyon müştəri var. Ford şirkəti Çinə kiçikdən tutmuş, orta və böyük, müxtəlif ölçülərdə maşınlar gətirmək istəyir.
Lakin burada rəqabət çox güclüdür. Daimler AG şirkətinin başçısı Diter Zitsçi:
“Biz bu ölkədə imkanlarımızı genişləndiririk. Gələn ay biz burada ilk mühərrik zavodu açırıq. Bu zavod Almaniyanın ölkədən kənarda açmağı planlaşdırdığı mühərrik zavodlarından biri olacaq.”
Çinlilər avtomobilə həyatda uğurun rəmzi kimi baxırlar. Avtomobil üzrə təhlilçi Yil Janq yüksək səviyyəli və lüks avtomobillərə tələbatın artıdığını və bunun Çin iqtisadiyyatının güclənməsi demək olduğunu deyir. “Buradakı bazar Avropa və Amerika bazarlarına bənzəməyə başlayıb. Burada yüksək səviyyəli Mercedec-C və ya BMW-3 kimi avtomobillərdən başlanılır və tələbat çox sürətlə artır.”
Son zamanlar sürətli avtomibillərə, SUV-lərə tələbat artıb. BMW şirkətinin Çin şöbəsinin müdiri Karsten Encel avtomobildəki geniş salonun varlı çinlilərin zövqlərini oxşadığını deyir. “Yeni avtomobillərdə yəqin ki, oturacaqlar, sürücü ilə məsafənin olması əsasdır. Yəni geniş salon lazımdır ki, avtomobildə rahat hərəkət edə biləsən.”
Lüks avtomobi istehsal edən Buqattinin marketing üzrə müdiri Stefan Bronqs bunu başa düşdüyünü deyir. “Çinlilər üçün geniş salonlu avtomobildə arxaya söykənərək sürmək təmtəraqdır."
Yüksək səviyyəli avtomobillərə tələbatın çox olduğu bir vaxt, ətraf mühit və yanacaq problemləri də narahatedici məsələlərdir. Nissan şirkətinin Asiya üzrə vitse-prezidenti Endi Palmer: “Biz 4 il bundan əvvəl buraya elektrik avtomobilləri gətirəndə çoxları bizim ağlımızı itirdiyimizi düşündü. Lakin indi heç kim belə düşünmür.”
Bir çox təhlilçi hal-hazırda Çində hibrid və elektriklə işləyən avtomobillərin arxa plana keçdiyini düşünür. Hökumətin sığortalara və yanacağa qoyduğu yüksək vergilərə baxmayaraq, SUV avtomobilləri bir il bundan əvvəllə müqayisədə 50 faiz artıb və 2015-ci ildə rəqəmin ikiqat artacağı gözlənilir.