Accessibility links

Çin məhkəməsi tayvanlı fəalı 5 il müddətinə azadlıqdan məhrum edib


Çin məhkəməsi çərşənbə axşamı dövlət çevrilişinə cəhd ittihamı ilə tayvanlı fəalı 5 il müddətində azadlıqdan məhrum edib.

Yaşıl sviterdə məhkəməyə gətirilən Li Minq-çe siyasi hüquqlarından iki il müddətinə məhrum edilib. Sentyabr ayında keçirilən ilkin məhkəmə zamanı Li Çinin iqtidarda olan Kommunist Partiyasını tənqid edən məqalələr yazdığını və payladığını etiraf edib.

Digər şübhəli Pen Yuhua ilə bağlı isə 7 il müddətinə həbs qərarı verilib. O da Li kimi iki il müddətində siyasi hüquqlarından məhrum edilib.

Məhkəmə bildirib ki, hər iki şəxs qərarla bağlı apellyasiya etməyəcəklərini bəyan edib.

Keçən ay Kommunist Partiyasının qurultayında siyasi gücü ətrafında cəmləşdirməyə müvəffəq olan prezident Şi Tsinpinq 2012-ci ildə hakimiyyətə gələndən bəri fərqli düşüncəyə və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər daha da sərtləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG