Accessibility links

Çin etimad sınağından keçmədi


ABŞ hökumətinin mövqeyini əsk etdirən baş məqalə

ABŞ Dövlət Katibi Mayk Pompeo Çin Kommunist Partiyası rəsmilərinin iyulun 6-da evindən aparılan hüquqşünas alim Şu Janqrunun nəzarət altına alınması ilə bağlı narahatlığını ifadə edib.

“Biz repressiv rejimə və ÇKP-nın COVİD-19 pandemiyası ilə mübarizəyə dair partiyanın baş katibi Şi Cinpini tənqid ediyinə görə nəzarət altına alınmasından narahatıq. O dərhal azad edilməlidir. O, yalnız həqiqəti dilə gətirib,” Pompeo qeyd edib.

Bu həqiqətlər Çin Kommunist Partiyasının inkar etdiyi faktlardır.

Pompeo deyib ki, Çin Xalq Respublikası COVID-19-la bağlı həqiqətləri qəbul etməkdən imtina edir və hazırda yüz minlərlə insan dünyada həyatını itirir.

“Bizə həqiqət lazımdır. Bu, siyasət deyil, elmdir. Çinin Kommunist Partiyası virusla bağlı dünyaya həqiqəti açılamalıdır,” ABŞ Dövlət Katibi deyib.

Pompeo qeyd edib ki, dünya hələ də sıfır pasiyentin, başqa sözlə, virusa yoluxan ilk adam barədə heç nə bilmir.

Çin isə Ümumdünya Səhiyyə Təşkilatını Çinə dəvət edərək, pandemiyanın səbəblərini araşdırmağa çağırıb.

Pompeo deyib ki, biz bu təhqiqatda lazımlı insanların cəlb ediləcəyindən əmin olmalıyıq. Belə ki, siyasi həll deyil, həqiqət üzə çıxarılmalıdır.

Dövlət katibi bunu da əlavə edib ki, ÜST-nın ölkə bürosu virusun yayılması ilə bağlı məlumatı medinın Uhanın bələdiyyə komissiyasının virusla bağlı xəbər verdiyini bildirməsindən sonra verib.

“İndi biz bunun da yalan olduğunu bilirik,” Pompeo deyib.

О bildirib ki, Çinin COVID-19-a münasibəti dünyaya Kommunist Partiyasının əsl xislətini üzə çıxarıb. Pompeo partiyanın yalanları bir sıra sahələrdə: məsələn, Sincanda "peşəkar hazırlıq" adı altında fəaliyyat göstərən dəhşətli düşərgələr, habelə Honq Konqda qanunun aliliyinə birbaşa zərbə olan milli təhlükəsizlik qanununun tətbiqində biruzə verdiyini bildirib. Baxmayaraq ki, Çin BMT-nin Çin-Britaniya birgə qətnaməsinə əsasən Honq Konqa yüksək səviyyəli muxtariyyət və vətəndaş azalıqlarının təminatı şərtlərinə əməl etməyib.

Dövlət Katibi əlavə edib ki, o əvvəllər heç vaxt olmadığı kimi azad və demokratik dünya xalqlarının ÇKP-nın daxildə olduu kimi xaricdə də təhlükəli təsirlərini dərk etdiyinə əmindir. Bu insanlar bir araya gəlib, hər yerdə xalqın rifahı naminə qanun aliliyinə riayət edən suveren ölkələri müdafiə edəcək.

XS
SM
MD
LG