Accessibility links

Yeni təlimat: Uşaqlarda piylənməyə qarşı dərmanlar və cərrahiyyədən erkən istifadə edilməlidir


Bazar ertəsi yayımlanan yeni təlimatlara əsasən, uşaqlarda erkən yaşlarda piylənmə 12 yaşında uşaqlar üçün dərmanlar və 13 yaşındakılar üçün cərrahiyyə əməliyyatları da daxil olmaqla, ciddi şəkildə qiymətləndirilməli və müalicə edilməlidir.

Uşaqların və yeniyetmələrin piylənməsinin özü-özünə keçib-keçmədiyini görmək üçün uzun müddət "gözləmək" və ya müalicəni gecikdirmək təcrübəsi ABŞ-da 14,4 milyondan çox gənin problemini daha da dərinləşdirir. Belə ki, bu, yüksək qan təzyiqi, diabet və depressiya da daxil olmaqla, ömürlük sağlamlıq problemlərinə səbəb olur.

"Gözləmək işə yaramır. Gördüklərimiz çəki artımının davamı və onların yetkinlik dövründə [piylənmə] ehtimalıdır" - deyə, Amerika Pediatriya Akademiyasından 15 il uşaqlarda piylənmə ilə bağlı ilk təlimatın həmmüəllifi doktor Ihuoma Eneli bildirir.

Ohayo ştatının Kolumbus şəhərindəki Nationwide Uşaq Xəstəxanasında Qidalanma və Sağlam Çəki Mərkəzinin direktoru Enelinin dediyinə görə, onun rəhbərlik etdiyi qrup ilk dəfə olaraq uşaqlara və yeniyetmələrə intensiv pəhriz, idman və həyat tərzində digər dəyişiklərə əlavə olaraq, dərman və cərrahiyyə kimi tibbi müalicələrin edilməli olduğu yaşları müəyyən edir.

Əslində həkimlər 12 və daha yuxarı yaşlarda olan yeniyetmələrə müvafiq dərman preparatları, 13 yaş və daha yuxarı yeniyetmələrə arıqlama əməliyyatı üçün göstəriş verməlidirlər, baxmayaraq ki, vəziyyətlər fərqli ola bilər.

Amerika Pediatriya Akademiyası (AAP) Sağlam Uşaq Çəkisi İnstitutunun direktoru və təlimatların həmmüəllifi doktor Sandra Hassink bildirib ki, təlimatlar piylənməyə "şəxsi problem, bəlkə də insanın bunun üzərində kifayət qədər çalışmaması" kimi baxışı aradan qaldırmaq məqsədi daşıyır.

"Bu, astma xəstəliyinizdən fərqli deyil və indi sizin üçün inholyatorumuz var" - deyə, Hassink bildirir.

Eyni yaşda və cinsdə olan uşaqların bədən kütləsinin indeksi digər uşaqlarla müqayisədə 95 faiz və ya ondan çox olarsa, bu artıq piylənmə sayılır. Bu səviyyəyə 120% çatan və ya onu aşan uşaqlar ciddi piylənmədən əziyyət çəkir. "Bədən kütləsi indeksi" (BMI) boy və çəkinin hesablanmasına əsaslanan bədən ölçüsüdür.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə görə, ABŞ-da uşaq və yeniyetmələrin təxminən 20%-,i böyüklərin isə təxminən 42%-i piylənmədən əziyyət çəkir.

Minnesota Universitetinin "Uşaqlarda Piylənmə Tibb Mərkəzi"nin həm-direktoru Aaron Kelli qrupun təlimatlarının piylənmənin bioloji problem olduğu və vəziyyətin mürəkkəb, xroniki xəstəlik olduğunu nəzərə aldığını deyir.

"Piylənmə həyat tərzi ilə bağlı problemi deyil. Bu, həyat tərzi ilən əlaqədar xəstəlik deyil. Bu, əsasən bioloji amillərdən irəli gəlir" - deyə, Kelli bildirir.

Təlimatlar 12 və daha yuxarı yaşlarda uşaqların istifadəsi üçün həftəlik "Wegovy" inyeksiyası da daxil olmaqla, uşaqlarda piylənmə üçün dərmanla yeni müalicənin keçən ayın sonunda təsdiqlənməsindən sonra açıqlanıb.

Semaqlutid adlanan dərmanın müxtəlif dozaları da diabetin müalicəsində müxtəlif adlar altında istifadə olunur. New England Journal of Medicine-də dərc olunan son araşdırma "Novo Nordisk" tərəfindən hazırlanan "Wegovy" preparqatının yeniyetmələrə bədən kütləsi indeksini orta hesabla təxminən 16% azaltmağa yardım etdiyini və bunun böyüklərdə olduğundan daha yaxşı göstərici olduğunu göstərib.

XS
SM
MD
LG