Rəsmilər bazar ertəsi Çikaqo xəstəxanasının qarşısında bir həkimi güllə ilə öldürdükdən sonra xəstəxanaya daxil olaraq əczaçını və polis işçisini qətlə yetirən şəxsin atışma zamanı öldürüldüyünü bildirib.
Çikaqo Polis İdarəsinin baş müfəttişi Eddi Conson mətbuat konfransı zamanı hücumçunun Mörsi xəstəxanasının qarşısında qətlə yetirdiyi həkimi tanıdığını və qətlin məişət zəminində olduğunu deyib. Xəstəxananın qarşısında qətlə yetirilən həkimin adı Tamara Onildir.
Çikaqo mediasının bildirdiyinə görə, hücumçu qətlə yetirdiyi həkimin keşmiş nişanlısı olub və şahidlərdən biri hücumçunun həkimdən nişan üzüyünü geri istədiyini dediyini bildirib.
Çikaqo polisində keçən ildən bəri işləyən 28 yaşlı polis zabiti Samuel Himenez atışma zamanı həlak olub. Dörd nəfərin yaralandığı bildirilib.
Atışma həkimlər və xəstələrin xəstəxananı tərk etməsinə səbəb olub.