Accessibility links

Charlie Hebdo hücumundan bir il sonra İŞİD ələ keçirdiyi torpaqları itirir [Video]


Charlie Hebdo hücumundan bir il sonra İŞİD ələ keçirdiyi torpaqları itirir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Charlie Hebdo hücumundan bir il sonra İŞİD ələ keçirdiyi torpaqları itirir

Parislilər bu həftə hüznlə İŞİD-in Charlie Hebdo satirik jurnalına və yəhudi supermarketinə qarşı həyata keçirdiyi hücumun bir ilin qeyd edir. Amma 17 nəfərin ölümü ilə nəticələnən o hücumdan sonra İslam Dövləti qrupuna qarşı mübarizə ötən yanvarla müqayisədə artıq fərqlidir.

Bəzi dəyərləri müdafiə etmək lazımdır. Mən Chalie Hebdonu 100 faiz dəstəkləyirəm və bu insanlarla həmrəyəm

Jurnalın ildönümünə həsr olunmuş buraxılışı Paris küçələrində sürətli bir şəkildə satılıb. Oxuyucular həyatlarını itirən jurnalistlərə qarşı həmrəylik nümayiş etdirib.

“Bəzi dəyərləri müdafiə etmək lazımdır. Mən Chalie Hebdonu 100 faiz dəstəkləyirəm və bu insanlarla həmrəyəm.”

Fransa prezidenti Francois Hollande hücumlar zamanı dünyasını dəyişən insanları həm jurnalın ofisində, həm də yəhudi marketində onların adına lövhə yerləşdirərək yad edib.

Amma qətliyamdan bir il keçib və dünya artıq dəyişib. İraq və kürd əsgərləri İŞİD-ə qarşı həyata keçirilən hava hücumlarının dəstəyi ilə Suriya və İraqda irəliləyişlər əldə edib.

“Məncə, İŞİD İraqda 40 faiz əraziyə nəzarət edir. Suriya üçün dəqiq rəqəm demək bir az çətindir, amma biz bu rəqəmin 20 faiz olduğunu düşünürük. Bütövlükdə isə İŞİD İraq və Suriyanın ümumi ərazisinin 30 faizinə nəzarət edir”.

“Bizim dəyərlərimiz onlarınkından daha çox güclüdür. Bunu etmək uzun zaman alsa da, onlar sonunda məğlub olacaqlar
David Cameron

Lakin qələbə asanlıqla əldə olunmur. Ramadini ələ alandan bir həftə sonra İraq əsgərləri hələ də yerli sakinləri girov saxlayan cihadçı döyüşçüləri axtarırlar.

“10 gün ərzində nə suyumuz, nə də yeməyimiz var idi. Biz sıxışıb qalmışdıq. Bu gün əsgərlər bizdən evlərimizi tərk etməyimizi istədi. Allaha şükür onlar bizi xilas etdi. Yemək çatışmazlığı səbəbilə qadınlar huşlarını itirirdi. Biz iyrənc su içmək məcburiyyətində idik”.

Bəzi təhlilçilər deyir ki, İŞİD propaqanda müharibəsini gücləndirib. Təsdiqlənməmiş internet videosunda Britaniya ləhçəsi ilə danışan kapüşonlu bir kişi mesajını bilavasitə Britaniyanın baş nazirinə çatdırır.

Videodakı kişi Britaniyanın da bir gün İslam Dövlətinin nəzarəti altında olacağını deyir, daha sonra isə videoda Qərbə casusluq etməkdə günahlandırılan beş kişinin edam edilməsi göstərilir.

Baş nazir Cameron isə bu mesajı “mənfur” adlandırıb və Qərbin qalib gələcəyinə söz verib.

Bütövlükdə İŞİD İraq və Suriyanın ümumi ərazisinin 30 faizinə nəzarət edir

“Bizim dəyərlərimiz onlarınkından daha çox güclüdür. Bunu etmək uzun zaman alsa da, onlar sonunda məğlub olacaqlar.”

Lakin İŞİD-in videosunda yer alan və qrupun propaqandasını səsləndirən bu briyaniyalı oğlan üçün isə məğlubiyyətin o qədər tez olacağı ehtimal edilmir.

XS
SM
MD
LG