Çarli Şin “Two and a Half Men” teleserialına qayıdır.
TV Guide jurnalına verdiyi açıqlamada aktyor deyib ki, o çəkiliş qrupu ilə əlaqə saxlayıb və onlar bunun baş tutub-tutmayacağını nəzərdən keçirir.
Warner Brothers televiziyası bildirib ki, filmin sonuncu hissəsində tamaşaçıları sürpriz gözləyir. Əlbəttə ki, Çarlinin dönüşündən yaxşı hansı sürpriz ola bilər?
O deyib ki, “Two and a Half Men”-nin çəkiliş qrupu Çarlini filmin son hissələrinə əlavə etmək istəyir.
Çarlinin 2011-ci ildə möhtəşəm gedişini hər kəs xatırlayır. Çarli deyir ki, o və filmin yaradıcısı Çak Lorr filmin ardına düzəliş etmək istəyir. Hər halda az zamanda nələrin baş verəcəyini görəcəyik.