Accessibility links

Ceymstaun Fondu “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda dəyirmi masa keçirib [VİDEO]


Tədbirdə ABŞ Azərbaycan əlaqələri, Azərbaycanda dini tolerantlığın hazırkı durumu və prespektivlər müzakirə olunub

Çərşənbə günü ABŞ paytaxtı Vaşinqtonda Ceymstaun Fondunun təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda dəyirmi masa keçirilib. Fond Azərbaycandan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovu tədbirin əsas natiqi kimi dəvət edib.

Tədbiri giriş nitqi ilə başlayan moderator Ceymstaun Fondunun Balkanlar, Qafqaz və Orta Asiya Proqramının rəhbəri Marqarita Assenova qonaqları iştirakçılara təqdim etdi.

Fondun baş tədqiqatçısı Vladimir Sokor mövzunun əhəmiyyətini vurğulayaraq Azərbaycandakı dini toleranlığın bir çox ölkələrə nümumə ola biləcəyini söylədi. O Azərbaycanda din və siyasət, din və milli kimlik mövzularına toxundu. Cənab Sokor Azərbaycanın Qərb üçün əhəmiyyətindən danışaraq, 11 sentyabr hadisələrindən öncə Azərbaycanın Kosovoya sülhməramlılar göndərməsini, Əfqanıstan müharibəsi dövründə NATO-nu nəqliyyat dəhlizi ilə dəstəkləməsini, şərq-qərb dəhlizini, ABŞ qiymətli kağızlarına külli miqdarda yatırımlar etməsini, peyk layihələrini ABŞ-da sifariş etməklə Amerikadakı iş yerlərinin açılmasına töhfələr verməsini vurğuladı.

Ekspert ABŞ-Azərbaycan əlaqələrinin tarixinə qısa nəzər salaraq bu tərəfdaşlığın üç əsas prinsip üzərində qurulduğunu dedi. Cənab Sokor bu xüsusda enerji siyasəti, təhlükəsizlik və Azərbaycanın mədəniyyələrarası və dinlərarası model kimi əhəmiyyətini sadaladı.

Tərbirdə əhatəli nitq söyləyən Azərbaycan respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsinin rəhbəri Elşad İsgəndərov mövzunun Azərbaycan üçün əhəmiyyətini, davamlı olmasını və unikallığını vurğuladı. O, Azərbaycandakı dini tolerantlığın əsaslarının əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulduğunu və özünəməxsus olduğunu; xaricdən ixrac olunmadığını dedi.

Komitə sədri Azərbaycanda nəinki dinlərarası, həmçinin dini məzhəblər arasında da qarşılıqlı ehtiramın digər müsəlman dövlətlərinə nümunə ola biləcəyini bildirdi. Tədbrin ardınca Elşad İsgəndərov Amerikanın Səsinə danışdı.
Azərbaycanda dinlərarası hörmət və dialoq
please wait

No media source currently available

0:00 0:03:37 0:00
XS
SM
MD
LG