Accessibility links

Ceyms Uorlik: Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

“Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəşkəs rejimi pozulur. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə zərbə vurur”. Bu bəyanatla ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında martın 19-da Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən toqquşmalara münasibət bildirib.

Xatırladaq ki, martın 19-da cəbhə xəttində ciddi insidentin olduğunu Azərbaycan və Ermənistan rəsmi qurumları təsdiq edib. Ermənistan üç hərçisinin həlak olduğunu və qarşı tərəfin də itkilərinin olduğunu bildirib. Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin 20 hərbçisini itirdiyini bildirir.

XS
SM
MD
LG