Accessibility links

Minsk Qrupunun həmsədri Yerevanda görüşlər keçirir


Ceyms Uorlik
Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Yerevanda səfərdədir.

Amerikalı həmsədr Yerevanda yerli QHT-lərlə görüşüb, Azərbaycandan qaçqın olan insanlarla bağlı mövcud durumu müzakirə edib. Bu barədə Ceyms Uorlik özünün Twitter hesabında məlumat yayıb.

Onun yazdığına görə, Minsk Qrupunun həmsədrləri iyulun 20-də Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Həmsədrlər regiona səfərləri çərçivəsində Bakıya da gələcək, Azərbaycan rəhbərləri ilə görüşəcək.

Minsk qrupunun həmsədrləri hazırda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlayır.

XS
SM
MD
LG