Accessibility links

Cəsur Sümərinli: NATO Cənubi Qafqaz münaqişələrinə müdaxilə etməzsə, Rusiyanın ənənəvi mövqeyi güclənəcək [Audio]


“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

NATO münaqişələrin tam həllini, Azərbaycan ordusunda, seçki, media azadlığı, korrupsiya sahəsində islahatlar istəyir

Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinin yekunları və NATO-Azərbaycan əlaqələrindən bəhs edir.

Cəsur Sümərinli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:52 0:00
Direct link

Ekspert bildirib ki, NATO baş katibi Azərbaycan Diplomatik Akademiyasında tələbələr qarşısında çıxışında səfərinin əsas məqsədlərinə toxunub. “O çıxışında regional təhlükəsizlik və Azərbaycanla bağlı aydın mesajlar verib. Baş katib deyib ki, NATO regiondakı münaqişələrin tam həllini, Azərbaycan Silahlı Qüvvələrində, seçki və media azadlığı sahəsində islahatların aparılmasını istəyir”.

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli
“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli
Cənab Sümərinlinin fikrincə, NATO baş katibinin aydın mesajları Azərbaycan üçün çox mühümdür. “Ona görə əhəmiyyətlidir ki, NATO indiyədək daha çox ordu islahatlarına üstünlük verirdisə, indi artıq bir qədər siyasi islahatlar, seçki, media azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində də islahatlar istəyir. Hesab edirəm ki, NATO-Azərbaycan əlaqələrinin gələcək istiqamətində bu fikrilər əsas rol oynayacaq”.

Ekspert Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində artıq 7 illik əməkdaşlığının nəticələrinin uğurlu olmadığını bildirib. “Orduda orta təbəqəyədək müəyyən ştat-struktur islahatları həyata keçirilib. Eyni zamanda, beynəlxalq təhlükəsizliyə töhfə verəcək sahələr, - hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri üzrə islahatlar həyata keçirilib. Amma, bu islahatlar çox azdır. Daxili proseslərə, hərbiçilərin sosial rifah halının möhkəmləndirilməsinə çox az təsir edib. Orduda qanunvericiliyin möhkəmləndirilməsi, nizam intizam qaydalarının yüksəldilməsi, qanunların yenilənməsi, yüksək səviyyədə ştat-struktur islahatları istiqamətində addımlar atılmayıb. Biz gözləyirdik ki, islahatlar nəticəsində Müdafiə Nazirliyinin aparatı Baş Qərargahdan ayrılacaq, müdafiə naziri mülki şəxs olacaq. Təəssüf ki, bunlar olmadı”.

O hesab edir ki, NATO Qafqazdakı münaqişələrin nizamlanmasına müdaxilə etməlidir. “Əgər NATO Cənubi Qafqazdakı münaqişələrin nizamlanması prosesinə müdaxilə etməzsə, Rusiyanın burada ənənəvi mövqeyi qalacaq və getdikcə daha da güclənəcək. Bu isə regionda vəziyyətin yaxın perspektivdə gərgin qalacağına dəlalət edir. Bu səbəbdən də NATO nizamlanma prosesinə aktiv müdaxilə etməlidir. Xüsusilə, NATO-nun Gürcüstanın ərazisinin işğalı ilə bağlı aydın mövqeyi olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsində də işğal faktı ilə bağlı aydın mövqeyi olmalıdır. NATO Azərbaycan ərazilərinin işğalını tanımalıdır. Azərbaycan ictimaiyyəti bununla bağlı NATO-dan aydın mövqe gözləyir”, o qeyd edib.

Ekspert Xəzər regionunda NATO ölkələrinin təhlükəsizlik maraqlarından danışarkən deyib ki, NATO iqtisadi maraqlarla təhlükəsizlik maraqlarını uzlaşdırır. “Bu baxımdan artıq Qafqaz regionu üçün də uyğun tapşırılar ortadadır. Yəni Qafqazda enerji təhlükəsizliyi regional təhlükəsizliyin bir detalı kimi nəzərdən keçirilir”.
XS
SM
MD
LG