Accessibility links

Con Kerri Amerika ictimaiyyətinə müraciət edəcək


Bu gün ABŞ dövlət katibi Con Kerri televiziyalara müsahibə verərək İranla razılaşma əldə olunandan bəri ilk dəfə Amerika ictimaiyyətinə müraciət edəcək.

Razılaşma İran və 6 qüdrətli dövlət arasında aylarla davam edən intensiv danışıqlardan sonra baş tutub və Tehranın atom proqramını məhdudlaşdırıb. Ancaq bəzi Respublikaçı siyasətçilər və prezidentliyə iddialılar razılığı sərt tənqid edərək bildiriblər ki, konqresdə keçirilən səsvermədə onu rədd edəcəklər.

Prezident Barak Obama isə öz növbəsində Konqres razılığı rədd edəcəyi təqdirdə səlahiyyətindən istifadə edərək bu rədd qərarına veto qoyacaq.

Bu arada bu gün Almaniya iqtisadiyyat naziri Siqmar Qabriel İrana səfər edib. Razılaşmadan sonra İrana səfər edən ilk Qərb rəsmisi olan cənab Qabrieli 3 günlük səfəri zamanı şirkət, sənaye qrupları rəsmiləri və alimlərdən ibarət kiçik nümayəndə heyəti müşayiət edir.

XS
SM
MD
LG