Accessibility links

Azərbaycan Cənubi Osetiyada keçirilən “parlament seçkiləri”ni tanımır


Gürcüstanın xəritəsi
Gürcüstanın xəritəsi

Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali regionu-Cənubi Osetiyada keçirilən seçkilərlə bağlı bəyanatla çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 8 iyun 2014-ci ildə keçirilmiş qondarma "parlament seçkilərini" tanımadığını bəyan edir.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”, sənəddə qeyd edilir.
XS
SM
MD
LG