Accessibility links

Cənubi və Şimali Koreyalar gərginliyi azaltmaq üzərində razılıq əldə ediblər


Razılıq əldə olunandan sonra Şimali Koreya hərbi fəaliyyəti azaldıb

Çərşənbə günü Cənubi Koreya bildirib ki, Koreya yarımadasında gərginliyi aradan qadırmaq üzərində razılıq əldə olunandan sonra Şimali Koreya hərbi fəaliyyətlərini azaldıb.

Rəsmilər təsdiq edib ki, çərşənbə axşamı əldə olunan razılıqdan sonra Şimali Köreya özü-özünə tətbiq etdiyi “yarım-hərbi vəziyyəti” ləğv edib. Buna cavab olaraq isə Seul hərbi hazırlığını yumşaldıb.

Əgər Cənubi və Şimali Koreya arasında sanksiyalarla bağlı danışıqlar başlasa onda Şimal tərəfindən 24 məsələsi qaldırılacaq, və sonra bu, dialoq vasitəsilə yoluna qoyula bilər.
Ceonq Cun-Hi

Hər iki tərəf sentyabr ayında Soyuq Müharibə ərəfəsində ayrı düşən ailələri görüşdürməkdə davam edəcəklər. Tərəflər həmçinin münasibətləri yaxşılaşdırmaq üçün Seul və ya Pxenyanda danışıqlar aparmağa razılaşıblar.

Çərşənbə günü keçirilən mətbuat brifinqində Cənubi Koreya unifikasiya nazirliyinin mətbuat katibi Ceonq Cun-hi bu danışıqlara 2010-cu ilin mayın 24-də Cənubi Koreyanın hərbi gəmisinin batmasından sonra tətbiq olunan sanksiyaların aradan qaldırılmasının daxil ola biləcəyinə işarə edib.

Seul uzun zaman sanksiyaların aradan qaldırlması üçün Şimali Koreyanın 46 cənubi koreyalı dənizçinin ölümünə səbəb olan hücuma görə üzr istəməsini istəyib.

Cənubi Koreya prezidenti Park Gen-hye Şimalla münasibətlərin bərpa olunması üçün ölkə daxilində təzyiqlərlə üzləşir.

XS
SM
MD
LG