Accessibility links

Novruz Məmmədov: Ermənistan razılığı pozub


Serj Sarkisyan Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün yekunlarına görə razılaşdırılmış məqamlardan əlavə heç bir bəyanat verməmək barədə razılığı pozub. Bu barədə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov öz Facebook səhifəsində yazıb.

"Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı", deyə Məmmədov yazıb.

"Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir", deyə o əlavə edib.

Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı.
Novruz Məmmədov

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti ilə danışıqlardan dərhal sonra İsveçrənin erməni diasporu ilə görüşdə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq.

Amma Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və belə də qalacaq.

"Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq", Məmmədov bildirib

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatdıqdan sonra Serj Sarkisyan danışıqların yekunları ilə bağlı bəyanat verib.

İsveçrədə erməni icmasının nümayəndələri qarşısında çıxış edən prezident deyib ki, problemin həlli variantları haqqında hər hansı konkret razılıq əldə olunmayıb.

"Amma biz ön cəbhədə insan tələfatından qaçmaq üçün gərginliyin daha da azaldılması istiqamətində tədbirlər görmək barədə razılığa gəldik. Qeyd etməliyəm ki, Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq", Sarkisyan bildirib.

Bizim üçün yeganə həll Qarabağın Azərbaycandan ayrı olmasıdır. Heç bir Ermənistan lideri heç vaxt belə bir həlli qəbul edə və həyata keçirə bilməz və biz bunun üçün əlimizdən gələni edəcəyik.
Serj Sarkisyan

Daha sonra o, Əliyevin davranışı ilə bağlı şərh verməyə başlayıb, vəziyyətin dəyişə biləcəyinə işarə edib.

"Kaş ki, o həmişə belə düşünsün. O da problemin mürəkkəbliyini çox yaxşı başa düşür, təbii ki, mən də, amma problem elədir ki, asan həll yolu heç vaxt olmayacaq", Ermənistan prezidenti qeyd edib.

Prezident daha sonra deyib: "İstəyirəm ki, hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini hər hansı şəklidə poza biləcək bir həll yoxdur. Bizim üçün yeganə həll Qarabağın Azərbaycandan ayrı olmasıdır. Heç bir Ermənistan lideri heç vaxt belə bir həlli qəbul edə və həyata keçirə bilməz və biz bunun üçün əlimizdən gələni edəcəyik", o bildirib.

XS
SM
MD
LG