Accessibility links

Cəmil Həsənlinin kitabı ingilis dilində çap olunur


Cəmil Həsənli
Cəmil Həsənli

Amerika Birləşmiş Ştatlarında “The University of Utah Press” nəşriyyatı anonim rəyçilərdən müsbət cavab aldıqdan sonra tarix elmləri doktoru Cəmil Həsənlinin “Kiçik millətlər böyük oyunda: Cənubi Qafqaz Rusiya, Türkiyə və İran üçbucağında, 1920-1923” (Small Nations in the Big Game: The South Caucasus in the Tringle of Russia, Turkey, and İran, 1920-1923) adlı monoqrafiyasının çapına qərar verib. Bu barədə tarix elmləri doktoru Cəmil Həsənli öz Facebook səhifəsində yazıb.

Beləliklə universitet rəhbərliyinin kitabıbın çapı ilə bağlı imzaladığı müqavilə iyunun 1-də qüvvəyə minib.

“Bu əsərin ingilis dilində nəşri tariximizin həssas məqamları haqqında Amerika və bütün ingilis dilli oxucuları məlumatlandırmaq üçün bir şansdır. Kitabın 57 səhifədən ibarət olan 3-cü bölməsi “Ermənistanın sovetləşməsi: Moskvanın Qarabağ üçün gizli planları” adlanır. Bundan əlavə kitabda ölkəmizin regional siyasətdə yeri və rolu, Rusiya-Ermənistan ittifaqına qarşı Azərbaycan-Türkiyə əməkdaşlığının formalaşması, Naxçıvanın qorunub saxlanması, Cənubi Qafqazda müasir sərhədlərin müəyyənlədirilməsi və sair vacib məsələlər yer alıb. Məlumat üçün deyim ki, bu əsər mənim ABŞ və Böyük Britaniyada nəşr olunan 5-ci monoqrafiyamdır,” Həsənli qeyd edib.

Hazırda Milli Şuranın rəhbəri olan Cəmil Həsənli Azərbaycanda demokratik müxalifətin lideri olaraq siyasi fəaliyyət göstərir.

2013-cü il prezident seçkilərində prezidentliyə namizəd olmuş Cəmil Həsənli, həmin səsverməni qeyri-legitim hesab etdiyini bildirərək Azərbaycanda demokratiyanın bərqərar olması uğrunda mübarizəsini davam etdirəcəyini bəyan edib.

Beynəlxalq standartlara cavab verməyən seçkilərdə prezident İlham Əliyev Azərbaycan hökumətinin açıqladığı rəsmi rəqəmlərə əsasən səslərin 85 faizini toplamışdı.

Həmin vaxtdan bəri Cəmil Həsənlinin rəhbərliyi altında Milli Şura siyasi məhbuslarn azad edilməsi və ölkədə korrupsiyaya son qoyulması şüarları ilə etiraz aksiyaları keçirib.

XS
SM
MD
LG