Accessibility links

Cəmil Həsənli: Bakı şəhər İcra Hakimiyyəti qanunu kobud şəkildə pozub


Demokratik Qüvvələrin Milli Şurasımnın mitinqinin mayın 17-də keçirilməsinə Bakı şəhər İcra Hakimiyyətinin icazə verməməsi qurum tərəfindən tənqidlə qarşılanıb.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, son vaxtlar artıq ikinci dəfədir Bakı şəhər icra hakimiyyəti vətəndaşların sərbəst toplanmaq haqqında konstitusiyada təsbit olunmuş hüquqlarını və müvafiq qanunvericilik aktlarını kobud şəkildə pozur.

Milli Şura mayın 3-nə mitinq təyin etsədə, şəhər hakimiyyət orqanları həmin gün “Məhsul” stadionunda digər tədbir keçiriləcəyini bəhanə edərək Milli Şuranın mitinqinə bir gün qalmış mayın 2-nə mitinq keçirməyə icazə verdi. Halbuki, mətbuat orqanlarının qeyd edilən stadionda apardığı müşahidə nəticəsində bəlli oldu ki, mayın 3-də “Məhsul” stadionunda heç bir digər tədbir keçirilməmişdir. Deməli Milli Şuranın ayın 3-də mitinq keçirmək müraciətinə məqsədli şəkildə icazə verilməmiş və tədbirin kütləviliyinin qarşısını almaq üçün belə yollara əl atılmışdır”.

Həsənli deyib ki, mayın 3-də təyin edilmiş mitinqə icazə verilmədiyi üçün Milli Şura rəhbərliyi növbəti mitinqi mayın 17-si, istirahət gününə təyin edib, bu barədə 10 gün öncədən şəhər hakimiyyət orqanlarını xəbərdar edib və müvafiq hazırlıq işlərinə başlanılıb.

“Lakin dünən mayın 12-də Bakı şəhər İcra hakimiyyəti öz səlahiyyətlərini aşaraq müraciət edilən günə deyil, bir gün əvvələ, yəni mayın 16-na mitinq keçirməyə razılığını bildirib. Milli Şura olaraq biz mayın 16-na mitinq üçün müraciət etməmişik və ya onlardan xahiş etməmişik ki, uyğun bildiyiniz bir vaxtda Milli Şuraya mitinq keçirməyə icazə verəsiniz. Lakin heç bir səbəb göstərmədən şəhər icra hakimiyyəti mayın 17-si üçün edilən müraciətə məhəl qoymayıb və özbaşına Milli Şuranın əvəzinə istirahət gününə deyil, mayın 16-na, bir gün əvvələ mitinq keçirilməsinə razılıq verib. Halbuki, biz həmin tarixə mitinq keçirmək üçün müraciət etməmişik. Bakı şəhər icra hakimiyyəti bu qanunsuz əməli ilə vətəndaşların sərbəst toplanmaq hüququ haqqında respublika konstitusiyasını kobud şəkildə pozub və Milli Şuranın mayın 17-də planlaşdırdığı mitinqinkeçirilməsinə icazə verməyib. Şübhəsiz ki, belə yanaşma Azərbaycan qanunlarına, insan haqlarına, sərbəst toplaşmaq azadlığına kökündən ziddir və respublika hökumətinin üzərinə aldığı beynəlxalq öhdəliklərə məhəl qoymamaq cəhdidir”-deyə Milli Şura sədri bildirir.

O hesab edir ki, bütün bu qanunsuz cəhdlər Milli Şuranın keçirdiyi kütləvi tədbirlərdən hakimiyyət orqanlarının ciddi narahatçılığının ifadəsidir və şəhər hakimiyyət orqanlarının belə oyunlara əl atmasıMilli Şuranın təyin etdiyi mitinqin kütləviliyinin qarşısının alınmasına yönəlib.

XS
SM
MD
LG