Accessibility links

Cəmil Həsənli: “Xalq özü bu seçkiləri boykot etdi” [Audio]


Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibədə xalqın seçki inamının öldürüldüyünü bildirib

Milli Şurasının sədri, keçmiş millət vəkili Cəmil Həsənli noyabrın 1-i parlament seçkilərini Amerikanın Səsinə şərh edərkən bildirib ki, bügünkü seçkilər tam şəkildə icra qurumlarının nəzarəti altında keçib. O, müxtəlif karusellərlə seçki aktivliyi görüntüsünün yaradılmasına baxmayaraq əslində xalqın öznünün bu seçkiləri boykot etdiyini deyib. Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsini təqdim edirik:

please wait

No media source currently available

0:00 0:02:04 0:00
Direct link

"Seçkilər tam saxtakarlıq şəraitində keçdi. Bilirsiniz ki, Milli Şura, Xalq Cəbhəsi, bir sıra digər partiyalar və ictimai-siyasi hərəkatlar seçkiləri boykota çağırmışdılar. Əslində, düzünü deyim heç boykot çağırışına ehtiyac da yox idi. Azərbaycan xalqının seçki inamı öldürüldüyü üçün bütövlükdə xalq özü bu seçkiləri boykot etdi. Müxtəlif karusel dəstələri düzəltmişdilər, ordan-ora sürüyürdülər. Bununla seçki aktivliyi olması görüntüsü yaratmaq istəyirdilər. Heç bir seçki aktivliyi yoxdur. Bütün məntəqələr karusel əsasında fəaliyyət göstərib. Pozuntular barədə minlərlə məlumat var və bütövlükdə seçki tam icra qurumlarının nəzarəti altında keçib. Seçkilər Azərbaycan xalqının iradəsini ifadə etmir və ötən seçkilərdən daha artıq formada xalqın səs hüququ mənimsənilib. Bununla bərabər xalqın Konstitusiyanın birinci maddəsinə əsasən seçim yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququ əlindən alınıb. Ona görə də bu seçkilər azad, ədalətli və demokratik seçkilər deyil. Bu, bütövlükdə saxtakaların əsasında formalaşdırılan bir parlamentdir. Bildiyiniz kimi mən hələ oktyabr ayının 9-da parlament seçiləcək deputatların siyahısını yaymışdım. Və yəqin ki, bir azdan siz həmin siyahının kiçik istisnalarla gerçəkləşməsilə tanış olacaqsınız".

XS
SM
MD
LG