Accessibility links

Cəbhədə gərginlik - ağır artilleriya və reaktiv sistemlərdən atəş açılır


Cəbhə bölgəsi
Cəbhə bölgəsi

Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu (Bakıdan 324 kilometr qərb) ərazisində yerləşən yaşayış məntəqələri və Azərbaycan Ordusunun mövqeləri 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, “cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır”.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərini atəşə tutduğunu bildirir. Azərbaycan Ordusunun atəşi ilə bir erməni hərbi qulluqçu öldürülüb.

Eyni zamanda, Tərtər rayonunda yaşayış evləri atəşə məruz qalıb. Yerli icra hakimiyyətinin məlumatına görə, bir neçə yaşayış evi dağılıb.

XS
SM
MD
LG