Accessibility links

Cəbhədə yeni gərginlik


Cəbhə xətti
Cəbhə xətti

Azərbaycan MüdafiəNazirliyi bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu yenicə tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atıb.

Fevralın 21-nə keçən gecə erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

“Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Zəlimxan Cavadov şəhid olub”, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. “Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır”, nazirlik qey edir.

Ermənistan tərəfi hələ cəbhədə baş verən insidentə münasibət bildirməyib.

XS
SM
MD
LG