Avqustun 6-da prezident İlham Əliyev cəbhə xəttində yerləşən Ağdam rayonuna səfər edib.
Prezidentin rəsmi saytının məlumatına görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı hərbi hissəyə gəlib.
Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlət başçısına məlumat verib.
Daha sonra İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilb.