Azərbaycan ordusunun son günlər cəbhə bölgəsində itkilərinin sayı 13-ə çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan qüvvələrinin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri Anar Qarazadə hərbi hospitalda dünyasını dəyişib.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə əsgər Qarazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.
Eyni zamanda Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 130 dəfə pozulub.
Atəşkəs rejimi əsasən Ağdam,Tovuz, Füzuli ,Tərtər istiqamətində pozulub.