Aprelin 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.
Əlavə məlumat veriləcək.
Aprelin 1-dən başlayaraq cəbhədə atəşkəs ardıcıl pozulmağa başlayıb. Döyüşlərdə hər iki tərəf itkilər verib. Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə etmişdilər.