Accessibility links

Ermənistan vətəndaşı ölkəsinə qaytarılıb


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib

Bir ay əvvəl Azərbaycan sərhədini pozarkən saxlanılmış Ermənistan vətəndaşı Ananyan Sarkis Norikoviç sentyabrın 25-də öz ölkəsinə qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılıb.

Ananyan Sarkis Norikoviç 26 avqust Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

XS
SM
MD
LG