Meydan TV ilə əməkdaşlıq edən reportyor, 22 yaşlı Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldıqdan az sonra sərbəst buraxılıb. O, Bakı vaxtı ilə təxminən saat 16:00 radələrində mağazaya gedərkən Bakı şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparılıb.
Meydan TV ilə əməkdaşlıq edən müstəqil jurnalist, 2009-cu il Almaniya və Norveç XİN-lərinin təsis etdiyi Azad Avropa mətbuatı və Gerd Bucerius mükafatının laureatı Natiq Cavadlı Amerikanın Səsi ilə söhbətində Aytac Əhmədovanın Mingəçevir hadisələri ilə əlaqədar sorğu-suala çəkildiyini bildirib.
Azərbaycanda azad mətbuat yoxdur, azad jurnalistlər var.
Bundan bir neçə gün öncə Meydan TV-nin əməkdaşlarının Baş Prokrorluqda dindirilməsi ilə bağlı jurnalist onların əvvəlcə Mincəçevir hadisələri ilə bağlı, daha sonra isə Meydan TV ilə niyə çalışdıqlarına görə suallarla üzləşdiyini deyib. O, Meydan TV-nin Azərbaycanda heç bir bürosu olmadığını və jurnalistlərin könüllü şəkildə çalışdıqlarını deyib.
Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub.
Polis şöbəsində ölmüş Bəhruz Hacıyevin dəfnindən sonra etirazçılarla polis arasında yaranmış qarşıdurmada polis güc tətbiq edib.
AzadlıqRadiosunun məlumatına görə, polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.
Polis şöbəsinin qarşısına yürüş edənlər "Qardaşımızın qanı yerdə qalmayacaq!", "Qanını yerdə qoymayacağıq!" şüarları səsləndirib.
Meydan TV-dən heç bir qonorar almadıqlarını, çox oxunan bir sayt olduğu üçün könüllülər və praktikantların, jurnalistlərin bu kanalla əməkdaşlıq etdiyini deyib. Jurnalist bunu pretijlə əlaqələndirib.
Azərbaycanda son zamanda mətbuata qarşı basıları pisləyən Natiq Cavablı o ölkədə müstəqil mətbuatın fəaliyyətinin qeyri-mümkünlüyündən danışıb. O deyib ki, Azərbaycanda azad mətbuat yoxdur, azad jurnalistlər var.
Müstəqil jurnalist Meydan TV-nin saytının vurulduğu, sayta çıxışın çətinləşdirildiyindən şikayətlənib.