Accessibility links

Cavad Zərif: “İran özünü-müdafiə tədbiri gördü və bitirdi”


“İran BMT xartiyasının 51-ci maddəsinə əsasən bizim vətəndaşlara və yüksək rütbəli rəsmilərimizə qarşı hücumun qaynaqlandığı bazanı hədəf almaqla proporsional özünü-müdafiə tədbiri görüb və bitirib,” İran xarici işlər naziri Cavad Zərif Twitterdə yazıb.

“Biz müharibə eskalasiyası istəmirik, ancaq özümüzü istənilən təcavüzə qarşı qoruyacağıq,” o əlavə edib.

Yerli vaxtla gecə saat 1:30 radələrində İran İraqdakı ABŞ və koalisiya qüvvələrinə 10-dan çox raket atıb.

“Aydındır ki, bu raketlər İrandan atılıb və Əl-Əsəddə və İrbildə ABŞ hərbçilərini qərargahlandıran azı iki İraq hərbi bazasını hədəf alıb." Pentaqon açıqlama verib. "Biz döyüşdən dəyən ziyanı araşdırmaq üzərində çalışırıq."

Hücumdan az sonra İranın İslam Qvardiyası Korpusu İraqda ABŞ əsgərlərini qərargahlandıran bazalara uğurulu raket hücumu edildiyi barədə bəyanat yayıb. İranlılar raket hucumlarını elitar Qüds Qüvvəsinin komandanı Qasım Süleymaninin "şəhid edilməsinə görə intiqam" kimi təsvir edib.

ABŞ qüvvələri arasında xəsarət alanıın olduğu məlum deyil.

ABŞ-da gecə saatlarında vitse prezident və hərbi liderlərlə görüşən və az sonra xalqa televiziya ilə müraciət planını təxirə salan ABŞ Prezidenti Donald Tramp "hər şeyin qaydasında" olduğunu vurğulayıb.

"Hər şey qaydasındadır. İrandan İraqın iki hərbi bazasına raket hücumu edildi. İtki və xəsarətlə bağlı dəyərləndirmə aparılır. Hələ ki, hər şey qaydasındadır. Dünyanın ən güclü və ən yaxşı təchiz olunmuş ordusuna sahibik! Sabah səhər açıqlama verəcəyəm," o, Twitterdə yazıb.

ABŞ BMT iclasında iştirak etmək üçün Nyu Yorka səfər etmək istəyən Cavad Zəirfə səyahət vizası verməyib. Rəsmi Vaşinqton bu addımı viza sənədlərini yoluna qoymaq üçün kifayət qədər vaxt olmaması ilə izah edib.

XS
SM
MD
LG