Accessibility links

Canlı Forum: Azərbaycanda rus dili


Canlı Forum: Azərbaycanda rus dili
Canlı Forum: Azərbaycanda rus dili

Bu gün saat 21:30-23:00 aralarında tanınmış aparıcı Azər Qəribin qonaq olduğu "Müstəqillikdən iyirmi il sonra Azərbaycanda Rus dilinin rolu nə olmalıdır" mövzusunda keçiriləcək canlı forumda iştirak edin

Bu yaxınlarda Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsinin iyirminci ili tamam oldu. Bu münasibətlə müstəqil Azərbaycanın son iyirmi illik tarixinə müxtəlif cəhətlərdən qiymət verildi. Bəs təxminən son 200 ildə, yəni Azərbaycanın Rusiya imperiyası ilə İran arasında bölüşdürülməsindən bəri ölkədə ictimai həyatın və elmin bir parçasına çevrilmiş və hətta müəyyən dövrlərdə Azərbaycan dilini qabaqlamış rus dilinin müstəqillikdən sonra indiyə qədərki rolu və yeri nə olub və bundan sonra nə olmalıdır. Bu məsələyə həsr elədiyimiz canlı söhbətdə çərşənbə günü, bu gün noyabrın 2-i Bakı vaxtı ilə axşam saat 9:30-da iştirak edə bilərsiniz. Qonağımız uzun illərdir Azərbaycan və rus dillərində apardığı televiziya verilişləri ilə tamaşaçıların yaxından tanıdığı Azər Qəribdir. Çərşənbə günü axşam saat 9:30-da başlayacak canlı söhbətimizdə Azər bəy Azərbaycanda rus dilinin rolu və yeri məsələsi ilə əlaqədar müxtəlif sahələrdə suallarınıza və şərhlərinizə canlı olaraq cavab verəcək. Çərşənbə günü axşam Sərbəst Kürsü Canlı bloqunda öz sözünüzü açıq olaraq deyə bilərsiniz.

Canlı forumda fikrinizi və ya sualınızı yazmaq istəyirsinizsə aşağıdakı linkə daxil olun:

http://blogs.voanews.com/azerbaijani/audience-comments/2011/10/31/canli-forum-noyabrin-2-si-c%C9%99rs%C9%99nb%C9%99-gunu-saat-930-da-must%C9%99qillikd%C9%99n-iyirmi-il-sonra-az%C9%99rbaycanda-rus-dilinin-rolu-n%C9%99-olmalidir/

XS
SM
MD
LG