Accessibility links

İsrail-HƏMAS qarşıdurması dərinləşdikcə sülh çağırışları güclənir


İsraillə HƏMAS arasında zorakılığın eskalasiya etdiyi və Qəzzada mühasirə altında ilişib qalan milyonlarla fələstinlinin həyatı və rifahını riskə atdığı bir vaxtda, sülh çağırışları da artır.

“Zorakılığa son qoyulmalıdır və bu qırğına alternativ tapmaq üçün güclü səylər göstərilməlidir,” insan hüquqları üzrə ali komissar Volker Türk cümə günü bəyanatında bildirib.

Türk xəbərdarlıq edib ki, Qəzzada ilişib qalan 2.2 milyon insan üçün humanitar fəlakət baş verir. O onların kollektiv şəkildə cəzalandırıldığını bildirib.

“Kollektiv cəza müharibə cinayətidir. İsrailin Qəzzanın bütün əhalisinə kollektiv cəzalandırması dəarhal dayandırılmalıdır,” o deyib.

İsrail şənbə günü ərzaq, su və dərman daşıyan yük maşınlarının günün ikinci yarısında Qəzzaya daxil olmasına icazə verəcəyini bildirib və bununla da ən azından ərazinin az sayda yardımın daxil olduğu Misirlə sərhədinin bombalamasına ara verə biləcəyinə işarə edib.

İsrail HƏMAS-ın oktyabrın 7-də uşaqlar daxil olmaqla 1400 israillinin ölümü, 5340 nəfərin yaralanması və ən az 200 nəfərin girov götürülməsi ilə nəticələnən qanlı hücumundan sonra militant qrupa qarşı əməliyyata başlayıb.

BMT-nin insan hüquqları üzrə başçısı həmçinin fələstinli silahlı qruplar tərəfindən ixtiyari hücumları, o cümlədən İsrailə idarə olunmayan raketlərin atılmasını qınayıb və bunların dayandırılmalı olduğunu söyləyib.

“Onlar ələ keçirilən və hələ də saxlanılan bütün mülki vətəndaşları dərhal və qeyd-şərtsiz sərbəst buraxmalıdırlar. Girov götürmək də müharibə cinayətidir,” Türk deyib.

Norveç Qaçqın Şurasının baş katibi Yan Egeland dünya liderlərini bütün tərəflərdə mülki vətəndaşlarn həyatlarını qorumaq öhdəliklərini yerinə yetirmədiklərinə görə tənqid edib.

“Liderlər fələstinlilərin və israillilərin gələcək nəsillərini daha çox münaqişə və ölümə məhkum edən pis dövranı qırmağa kömək etmir,” o bəyanatında bildirib.

“Dünya liderləri əzablara son qoyumaq üçün dərhal atəşkəsə çağırmalı və çağırmalı və nəsillər boyu məhrumiyyətlərin, münaqişələrin, terrorun və işğalın əsas səbəblərini aradan qaldıra biləcək prosesi yenidən başlamatlıdır,” Egeland deyib və İsrailin Qəzzanın “boğucu mühasirəsinə” son qoymağa çağırıb və bunun minlərlə “günahsız həyatı” təhlükə altına atdığını vurğulayıb.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi Qəzzada Səhiyyə Nazirliyinə istinadən bildirib ki, son 24 saatda Qəzzada 298 nəfər, o cümlədən 125 uşaq ölüb. Oktyabrın 7-dən bəri Qəzzada ən azı 7326 fələstinli ölüb, təxminən 19 min insan yaralanıb. İdarə bildirib ki, onların 66 faizini qadın və uşaqlar təşkil edir.

“Qəzzada indi təhlükəsiz yer yoxdur,” İşğal olunmuş Fələstinli ərazi üzrə humanitar koordinator Lin Heystinqs deyib.

Qüdsdə jurnalistlərə danışan Heystinqs deyib ki, 1.4 milyon məcburi köçkündən təxminən 630 mini 19 gündür BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım və İşlər İdarəsi tərəfindən idarə olunan məktəb və digər sığınacaqlarda yaşayırlar.

“Qəzzada İsrailin Qəzzaya elektrik və yanacaq, habelə su təchizatını kəsməsindən sonra tam elektrik kəsilməsi yaşanır,” o deyib.

İsrail oktyabrın 21-də Qəzza üzərindəki mühasirəsini qismən qaldırandan bəri, əsasən ərzaq, su və dərman daşıyan 84 yük maşınının Misirlə Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya daxil olmasına icazə verilib.

“Müqayisə üçün, oktybarın 7-dək Qəzzaya hər gün 450 yük maşını daxil olurdu və bu da çox sərt məhdudiyyətlə altında olurdu,” Heystinq deyib. “Bizim hələ ki, israillilərlə yanacaq gətirməklə bağlı razılığımız yoxdur.”

“Bizim elektrik xəttlərinin təkrar qoşulmasına ehtiyacımız var və mən İsrail hökumətinin bunu etməyəcəklərini dediyini eşitmişəm.”

İsrail hökuməti Qəzza zolağına yanacağı daxil olmasına icazə verməkdən imtina edib və HƏMAS-da hərbi əməliyyatlar üçün saxladığı yanacağın olduğunu iddia edir.

Forum

XS
SM
MD
LG