Accessibility links

Kaliforniyada 750 nəfər ölüm hökmünü gözləyir [Video]


Kaliforniyada 750 nəfər ölüm hökmünü gözləyir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Kaliforniyalılar noyabr ayında ölüm hökmünə dair səs verəcəklər: ölüm hökmünün ləğvi, ya da gücləndirilməsi.

Hazırda Kaliforniyada 750 nəfər məhkəmənin hökmü ilə ölüm hökmünü gözləyir. Lakin bu gün 1978-ci ildə ştatda ölüm hökmü bərpa edildikdə Kaliforniyada ölüm hökmü sisteminin pozulmasına dair konsensus mövcuddur. “Kaliforniyada vergi ödəyənlər 5 milyard dollar sərf edib. Ştat 13 nəfəri edam edib. Ölüm hökmü çıxarılmış 100 nəfərə qədər insan isə edam edilmədən kameralarda ya öz əcəlləri ilə və ya qocalaraq ölüb” deyə. vəkil Pola Mitçel bildirir.

Səsverməyə qoyulmuş iki fərqli təklif sistemin düzəlməsinə xidmət edə bilər. Bunlar ölüm hökmünün ləğvinə dair 62-ci təklif, ya da ölüm hökmlərinin icrası üçün hüquqi prosesə dair 66-cı təklif.

Fikirlər fərqlidir. Ölüm hökmünə qarşı olan aktyor Mayk Farrel: “Bizim ölkədə ölüm hökmü mənə görə irqçi mahiyyət daşıyır. Ölüm hökmü imkansızlar və zəiflərə qarşı həyata keçirilir. Bu, günahsızların tələyə salınnması və edamıdır. Mənim fikrimcə, burada nə ədalər var, nə də buna bəraət.”

Sabiq tutbolçü Kermit Aleksandr isə ölüm cəzasını dəstəkləyir. Onun anası, bacısı və bacısının iki uşağı qətlə yetirilib. “Burada məsələ ədalətdədir. İntiqama qalsa idi mənim həyat yoldaşım 30 il əvvəl məhkəmə zalında intiqam alardı. Ədalət üçün isə prosesin baş verməsini gözləmək lazımdır və buna çox vaxt lazımdır” deyə, Kermitin həyat yoldaşı Tami Aleksandr bildirir.

Vaxtın uzanmasına apellyasiya müraciətləri və ixtisaslaşmış vəkillərin olmaması səbəb olur. 66-cı təklif sistemin qaydaya salınması məqsədi daşıyır.

Birləşmiş Ştatların 33 ştatında ölüm cəzası hökmü hələ də qalır. Qalan şatatlarda ölüm hökmü ləğv edib. Ölüm cəzası nadir hallarda tətbiq edilir, lakin prokurorların çoxu bunun ən ciddi cinayət hallarında tətbiq edilməli olduğunu deyirlər. Vəkil Mayk Hestrin: “Dəhşətli, iyrənc cinayət işləri var. Mənim fikrimcə, bu, prokurorlar və ədliyyə sisteminin ağır cinayətlər törədənləri cəzalandırması üçün bir vasitədir. Bu həm də cəmiyyətin baş verənlərə ədalətli olaraq öz etirazını çatdırmasının bir yoludur.”

Tənqidçilər Birləşmiş Ştatların ölüm cəzası hökmünü saxlayan demokratik ölkələr arasında bir neçə ölkədən biri olduğunu deyirlər. Seçicilər qərarla bağlı noyabrın 8-i səs verəcək.

XS
SM
MD
LG