Accessibility links

Cəfər Rüstəmirad Astara şəhərində nəzarətə alınıb


Güneyli vətəndaş hüquqları müdafiəçisi və milli fəal Cəfər Rüstəmirad bu gün Astara şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

"Amerikanın səsinin" əldə etdiyi məlumata əsasən, nəzarətə alınan fəal ilkin dindirmədən sonra ədliyyə orqanları tərəfindən məhkəməyə aparılıb.

Fəalın ittihamı haqda heç bir məlumat yoxdur və onun hazırda harada saxlandığı da məlum deyil.

Cəfər Rüstəmirad yaxınlarının biri ilə telefonla əlaqə saxlayaraq bildirib ki, hakim onun sərbəst buraxılması üçün 100 milyon Rial məbləğində zəmanət istəyib.

Milli fəal Cəfər Rüstəmirad Ərdəbil universitetində sənaye mühəndisliyi üzrə magistrat dərəcəsi almaq üçün təhsilini davat etdirir.

Güneyli fəal daha öncə də bir neçə dəfə nəzarətə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG