Cənubi Koreya hökumətinin bildirdiyinə görə, cümə axşamı ölkəni vuran Mitaq tayfunu 6 nəfərin ölümünə səbəb olub.
Bu il bölgədə 18-ci tufan olan Mitaq ölkənin cənub bölgələrinə güclü yağış gətirib. Daxili İşlər və Təhlükəsizlik Nazirliklərinin verdiyi məlumata görə, azı 6 nəfər ölüb və 4 nəfər yaralanıb.
Ölənlərdən bəzilərinin dağıntılar altında qaldığı, digərlərinin isə suda boğulduqları deyilir.
Nazirlilklərin məlumatına görə, ölkənin cənub-şərq bölgəsində 100-dən çox ev və digər fərdi tikililər suyun altında qalıb, 1500-dən çox insan evakuasiya edilib.
Çərşənbə və cümə axşamı günləri 44 mindən çox ev və bina elektriksiz qalıb.
Günün sonunadək elektrikin 83 faizi bərpa edilib.